Gündəm / Cəmiyyət / Sosial
19:48, 20 Ağustos 2022
0

Müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamədə dəyişiklik edilib

Müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamədə dəyişiklik edilib


Müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamədə dəyişiklik edilib.

Bu barədə Globalpress.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır və həmin müddət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir. Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır. Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.
Digər xəbərlər: