Gündəm / Cəmiyyət / Hadisə
"Hraparak": "Azərbaycan evləri yandırmağa davam edəcəyimiz təqdirdə Zabuxa qoşun göndərəcəyi ilə hədələyib"
“Azərbaycan ermənilərin evləri yandırmağa davam edəcəyi təqdirdə Zabuxa qoşun göndərəcəyi ilə hədələyib”.
Globalpress.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.
Xəbər verdiyimiz kimi, Azərbaycanın Laçın rayonunun Zabux kəndində qeyri-qanuni məskunlaşan ermənilərə təxliyədən əvvəl evlərini yandırmamaq barədə xəbərdarlıq edilsə də, bunu davam etdirirlər.
Qəzetin yazdığına görə, ermənilər hər dəfə kənddə evləri və meşələri yandıranda Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən ekoloji qurumlara müraciət edərək, sübut kimi müvafiq videomaterialı təqdim edib.
Bundan başqa, Bakı rus sülhməramlılarına xəbərdarlıq edib ki, onlar fəaliyyətsiz olsalar, Azərbaycan Ordusunun bölmələri Zabuxa gətiriləcək.
Bundan sonra rus sülhməramlıları özləri müvafiq tədbirlər görüblər. Dünən Zabuxda yanan evlə bağlı sülhməramlılar əl-ayağa düşüblər.
Öz növbəsində Zabux kəndinin “başçısı” Andranik Çavuşyan “Hraparak”a müsahibəsində evin yandırılması faktını təsdiqləyərək yanğının tez bir zamanda söndürüldüyünü bildirib.
Eyni zamanda, Qarabağdakı qanunsuz erməni quldur dəstələrinin qalıqlarının nümayəndələri İrəvan nəşrinə bildiriblər ki, “onsuz da azərbaycanlılar ermənilərdən qalan evlərdə yaşamayacaqlar”.
“Bu evləri dağıdacaqlar. Bu, bizim vaxtilə Ağdamı, onların yaşayış məntəqələrini dağıdıb, torpaqlarından istifadə etməyimizə, baxmayaraq ki, orada yaşamırdıq, bir cavabdır. İndi bunun qisasını alırlar”, – Çavuşyan deyib.
Daha çox xəbər:

Salatınkənddən olan ermənilər: “Belə davam edərsə, buranı tərk edəcəyik” - FOTO

Ermənilər kütləvi şəkildə Qarabağdan imtina edirlər

Laçın şəhəri, Zabux, Aşağı Sus və Kaler kəndləri Azərbaycana verilmir – Erməni KİV

Nüfuz sahibləri ermənilərə deyirlər ki, amanın günüdür, evləri yandırmayın, santexnikanı çıxarmayın, aparmayın

Ombudsman Ermənistanın terror aktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi