Gündəm / Cəmiyyət / Hadisə
Bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür
Abşeron rayonu Məmmədli qəsəbəsinin sakinləri illərdir su üzünə həsrət qalıblar.
Globalpress.az xəbər verir ki, bu barədə Manset.az-a qəsəbə sakinləri müraciət edib.
Onlar bildirib ki, “Azərsu” ASC qəsəbəyə üç gündən bir içməli su verir.
Suyun verilişi isə bir neçə saat davam edir. Sakinlər sudan tam istifadə edə bilmirlər. İsti yay aylarında suyun belə gec verilməsi istehlakçılara problem yaradır.
Ərazidə yaşayan sakinlər problemlə bağlı dəfələrlə “Azərsu” ASC-nə müraciət etsələr də heç bir tədbir görülmür.
Daha çox xəbər:

Bakının bəzi ərazilərində su yoxdur

Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər

“Azərsu” hansı halda vətəndaşa sudan istifadəni qadağan edə bilər? - DETALLAR

Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO

Bilgəhdə sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb