Gündəm / Cəmiyyət
Bakıda vulkan püskürdü
Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında dünyanın ən aktiv palçıq vulkanı püskürüb.
Globalpress.az "Report"a istinadən xəbər verir ki, təbiət hadisəsi yerli vaxtla 09:36-da qeydə alınıb.
Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq.12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
Vulkan püskürdüyü ərazidən fotoreportajı təqdim edirik: