Gündəm / İqtisadiyyat / Cəmiyyət
20:54, 09 Ağustos 2022
0

Moody’s”: Azərbaycan iqtisadiyyatı güclənir, biznes imkanları artır

Moody’s”: Azərbaycan iqtisadiyyatı güclənir, biznes imkanları artır


Azərbaycan yüksək neft-qaz (karbohidrogen) qiymətlərindən dəstəklənən güclü iqtisadi bərpa ilə Rusiya-Ukrayna böhranını dəf edə bilir.
Globalpress.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentlik hesab edir ki, Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsirə malik olub.

Reytinq agentliyi davamlı iqtisadi fəaliyyətin getdikcə daha güclü biznes imkanlarına və banklar üçün daha yaxşı aktiv keyfiyyətinə çevriləcəyini və bankların müstəqil kredit profillərini yaxşılaşdıracağını gözləyir.

“Moody’s” həmçinin bu il Azərbaycanın real ÜDM-nin 4% artacağını proqnozlaşdırıb.
Digər xəbərlər: