Gündəm / Siyasət / Cəmiyyət
19:31, 09 Ağustos 2022
0

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Globalpress.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.
Ətraflı

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.
Digər xəbərlər: