Gündəm / Siyasət / Cəmiyyət
Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər.
Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb.
Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat
Daha çox xəbər:

Müdafiə Nazirliyindən hərbi qulluqçuların koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı AÇIQLAMA

Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO

Hərbi qulluqçuların mənəvi-psixoloji durumu öyrənilir

Azərbaycan ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

Azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşlarına əlavələr veriləcək - SƏRƏNCAM