Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün MÜRACİƏT EDİB
D-8 (“İslam səkkizliyi” – red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030 hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır
Globalpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib.
“Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır”, – XİN başçısı bildirib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 8 müsəlman ölkəsini birləşdirir. D-8 Türkiyənin o dönəmki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.//
Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün MÜRACİƏT EDİB
Daha çox xəbər:

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

Azərbaycan Əfqanıstandakı humanitar böhranın aradan qaldırılmasına töhfə verəcək

Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

Rusiya XİN başçısı Gürcüstana ÇAĞIRIŞ ETDİ