Gündəm / İqtisadiyyat / Sosial
Onkoloji xəstələrə hansı halda pensiya təyin olunacaq? - AÇIQLAMA
Dövlət Sosial Müdafiə Fondu onkoloji xəstələrin hansı halda pensiyaya çıxacağına aydınlıq gətirib.
Globalpress.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib ki, bu xəstəliklə bağlı əlilliyin, əmək qabiliyyətinin itirilmə faizi səhiyyə müəssisələri tərəfindən göndəriş əsasında müəyyən olunur.
Eyvaz İsmayılov bildirib ki, hərbi qulluqçular istisna olmaqla, digərlərinə pensiya xəstəliyin və əlilliyin səbəbindən asılı olmayaraq, yalnız faizlərə uyğun staj və kapital tələbi varsa, təyin edilir: “Xəstəliyin dərəcəsindən asılı olaraq, əlillik dərəcəsinə gətirib çıxararsa, o halda qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq pensiya təyin edilir. Yəni 81 %-dən 100%-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələb olunur. 31%-dən 80 %-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün isə azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələbi və əlavə pensiya kapitalı tələb olunur”.
Daha çox xəbər:

Əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək

Nazirlikdən İsa Qəmbərlə bağlı açıqlama: Sığorta stajının 25 ildən az olduğu müəyyən edilib

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN

Azərbaycanda pensiya kapitalının minimum məbləği artıb

Pensiya fondunun mənfəətə çıxması üçün lazım olan vəsait AÇIQLANDI