Gündəm / Siyasət / Cəmiyyət
Quru sərhədlər niyə açılmır? - Prezident səbəbi AÇIQLADI
Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir”.
Globalpress.azxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir:
“Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm".
Daha çox xəbər:

Prezidentin köməkçisi: “Azərbaycanın quru sərhədlərinin açılması müzakirə edilmir”

İlham Əliyevdən müharibə əlilləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Bu tarixdən Azərbaycanda quru sərhədlər açıla bilər

Azərbaycanın Quru Qoşunları komandanı Türkiyəyə getdi

İlham Əliyev: “Dövlət təşkilatlarının cari xərcləri şişirdilir”