Gündəm / Cəmiyyət
13:17, 10 Temmuz 2022
0

Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq


Azərbaycanda iyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalpress.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 8-13° isti, gündüz 23-28° isti olacaq.
Digər xəbərlər: