Gündəm / Cəmiyyət / Sosial
Media Reyestri ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edilib
Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb. Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə edilib İTV- xəbər verir ki, MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə atılan addımlardan danışıb.
O bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:
“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının aparılması qaydalarının layihəsini, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib.
Müvafiq tapşırıq qurum tərəfindən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.
Daha çox xəbər:

Nazirlər Kabineti Media Reyestri şəhadətnaməsinin formasını təsdiqləyəcək

Media Reyestri artıq hazırdır - AÇIQLAMA

Jurnalistlərə iqtisadi dəstəklə bağlı təkliflər hazırlanır - MEDİA

MEDİA: “Metrix.az” biznes strukturları üçün etibarlı data baza sayıla bilər

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi