Gündəm / Cəmiyyət
MEDİA: “Metrix.az” biznes strukturları üçün etibarlı data baza sayıla bilər
Medianın İnkişafı Agentliyi (MEDİA) müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətinin yaradılması istiqamətində də işlər görməkdədir.
Globalpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva bildirib.
S. Şəfiyeva deyib ki, bu gün MEDİA bu sahədə ixtisaslaşmış tərəfdaşları ilə birlikdə Azərbaycanın milli rəqəmsal təhlil platforması olan “Metrix.az” layihəsini təqdim edib: “Metrix.az” platforması ölkədə 50-dən çox yerli veb-saytlar, eyni zamanda sorğular vasitəsilə ölkəmizdə ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Bu, biznes strukturları üçün etibarlı data baza sayıla bilər”.
Daha çox xəbər:

“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirildi

Jurnalistlərə iqtisadi dəstəklə bağlı təkliflər hazırlanır - MEDİA

“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar davam edir

Medianın İnkişafı Agentliyindən jurnalistlərə əməkhaqqı ilə bağlı MÜJDƏ

Jurnalistlər üçün vəsiqə nümunələri hazırlanıb