Gündəm / Cəmiyyət / Sosial
Bu xəstəxanalarda da ailə həkimi modelinin tətbiqinə başlanıldı
Rayon mərkəzi xəstəxanalarında, o cümlədən, ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirilmə işləri aparılır. Belə ki, poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri (ASM) yaradılıb, ailə həkimi modelinin tətbiqinə başlanılıb.
Globalpress.az xəbər verir ki, bu haqda TƏBİB məlumat yayıb.
.
Bildirilib ki, həyata keçirilən işlərin davamı olaraq bölgələrin kənd məntəqələrində rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilməklə tibbi müayinələr təşkil edilir.
İlk olaraq Sabirabad, Astara rayon mərkəzi xəstəxanalarının həkimləri (terapevt, pediatr, cərrah və d.) tərəfindən sözügedən rayonların bir sıra kəndlərindəki həkim məntəqələrində vətəndaşların instrumental müayinələri keçirilib.
Məntəqələrə gələ bilməyən vətəndaşların yaşayış ünvanlarında tibbi müayinəsi aparılıb.
Ümumilikdə, tibbi müayinələrdən 100-dən çox vətəndaş yararlanıb. Bu cür səyyar tibbi müayinələr davam etdiriləcək.
Daha çox xəbər:

Lənkəranda həkimlər ETİRAZA QALXDI... - Prezidentə müraciət olundu

Sumqayıt Tibb Mərkəzi yaradıldı

Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib - FOTO