Gündəm / İqtisadiyyat / Cəmiyyət
Pakistan Senatının sədri: “Azərbaycanla birbaşa təyyarə uçuşları turizmi gücləndirəcək”
Pakistanla Azərbaycan arasında birbaşa təyyarə uçuşlarının başlanması mühüm hadisədir. Bu, turizmi və insanlar arasında ünsiyyəti gücləndirəcək”.
Bunları Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani deyib.
O, rəsmi Bakının beynəlxalq miqyasda Pakistana dəstəyini xüsusi vurğulayıb. “Azərbaycanın Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəyi təqdirəlayiqdir”, - Məhəmməd Sadiq Sancrani qeyd edib.
Senat sədri bildirib ki, Pakistan CPEC layihəsini "CPEC (“China Pakistan Economic Coridor” - Çin-Pakistan iqtisadi dəhlizi-red) Mərkəzi Asiya ölkələrində də genişləndirmək istəyir. Çin-Pakistan İqtisadi Dəhliz (CPEC) layihəsi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Azərbaycana regional ticarəti artırmaq üçün Qvadar limanından istifadəyə imkan verir.
Daha çox xəbər:

Pakistan prezidenti: “İslamabad Bakı ilə əlaqələrin genişləndirilməsində maraqlıdır”

ABŞ Pakistanın hava məkanından istifadə ilə bağlı razılığa gəlmək istəyir

Terrorçular Pakistan ordusuna hücum ediblər: 10 hərbçi öldürülüb - FOTO

Prezidentdən Pakistan səfiri ilə bağlı SƏRƏNCAM

Pakistan ordusu qar uçqunu altında qalmış 22 tələbəni xilas edib