Gündəm / Siyasət / Cəmiyyət
İsveç və Finlandiya Türkiyə ilə razılığa gələ BİLMƏDİ
İsveç və Finlandiya Türkiyə ilə razılığa gələ BİLMƏDİ
Bu gün İsveç və Finlandiya nümayəndə heyətləri Ankaraya səfər edib və Türkiyə rəsmiləri ilə NATO-ya üzvlük prosesini müzakirə ediblər.
Globalpress.az xəbər verir ki, Prezident Sarayında keçirilən görüş 5 saat davam edib.
Görüşdən sonra Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın müzakirələr zamanı heç bir razılığın əldə olunmadığını və danışıqlar üzrə yol xəritəsinin razılşadırılmadığını bildirib.
“Danışıqlar zamanı PKK, YPG və PYD arasında heç bir fərqin olmadığını, onların terror təşkilatı olduğunu dilə gətirdik. Türkiyə hər iki tərəfə öz tələblərini irəli sürüb və cavab gözləyir. Biz çox açıq şəkildə bildirdik ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqları müəyyən bir vaxtdan sonra qarşılanmazsa, bu ölkələrin NATO-ya üzvlük məsələsi irəli getməyəcək", - deyə Kalın qeyd edib.
Daha çox xəbər:

Kalın: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər olmayacaq"

TÜRKİYƏNİN ŞƏRTLƏRİ QƏBUL EDİLDİ - Ankara da bu iki ölkəyə NATO yolunu açdı

Ərdoğan: "Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, mümkün deyil, inciməsinlər"

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

Çavuşoğlu: "Finlandiya və İsveç PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir"