Gündəm / Siyasət / Cəmiyyət
20:58, 24 May 2022
0

Paşinyan da fərman imzaladı - Azərbaycanla sərhədlərin delimitasiyası üzrə

Paşinyan da fərman imzaladı - Azərbaycanla sərhədlərin delimitasiyası üzrə


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Globalpress.az xəbər verir ki,bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.





Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaq.

Komissiyada xüsusilə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan da yer alacaqlar.
Digər xəbərlər: