Gündəm / Siyasət / Cəmiyyət
PKK-nın terrorçu təşkilat kimi tanınmasını dəstəkləyirik” - İsveçin baş naziri
İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlamalar verib.
Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsini səbirsizliklə gözlədiklərini ifadə edən Andersson, PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.
Ətraflı
Ad - 00:06
“İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, - deyə hökumət başçısı SVT dövlət televiziyasının efirində bəyan edib.
O, həmçinin “Twitter” hesabında “Türkiyə prezidenti Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı bugünkü görüşü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”, - yazıb.
Mənbə: “Haber Global”
Daha çox xəbər:

Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir

Ərdoğanın çıxışı iki ölkəni silkələdi – Niyə belə etməsinin səbəbini də özləri açıqladı

Ərdoğan: "Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, mümkün deyil, inciməsinlər"

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

İsveç Türkiyə Prezidentinin açıqlamasına BELƏ REAKSİYA VERDİ