Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycanlı qadına Gürcüstanda vəzifə verildi
Hakim “Gürcü Arzusu” partiyası Qadınlar Təşkilatını təsis edib.
Globalpress.az xəbər verir ki, bununla əlaqədar Baş nazir və digər dövlət rəsmilərinin iştirakı ilə toplantı baş tutub.
Təsis toplantısında təşkilatın İdarə Heyəti və regional təşkilatların sədrləri təsdiqlənib. İdarə Heyətində Nigar Orucova Gürcüstanın azərbaycanlı icmasını təmsil edəcək.
Toplantıda çıxış edən Baş nazir İrakli Qaribaşvili Gürcüstan tarixində qadınların rolunun böyük olduğunu qeyd edib:
"Qadınların tariximizdə və bugünkü misilsiz, unikal rolu ilə haqlı olaraq hər birimiz fəxr edirik. Ölkəmizdə qadınların mədəniyyətimizə, elmə, təhsilə, idmana, siyasi həyata, ümumilikdə dövlətçiliyin inkişafına verdiyi töhfələrə görə fəxr edirik"