Gündəm / Cəmiyyət
BŞİH-də aparat rəhbəri təyinatı - Eldar Əzizov ona yüksək vəzifə verdi
Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.
Globalpress.az xəbər verir ki, Eldar Əzizovun əmri ilə Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.
Xatırladaq ki, keçmiş BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.