Gündəm / Cəmiyyət
Hikmət Hacıyev: "Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edir"
Təəssüflər olsun ki, ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb: "Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".
Daha çox xəbər:

Hikmət Hacıyev: “44 günlük müharibə zamanı Türkiyənin nəbzi Azərbaycanla vururdu” - VİDEO

Hikmət Hacıyevdən Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Hikmət Hacıyev: “Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır”

Hikmət Hacıyev: “Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır”

Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi” - FOTO