Gündəm / Cəmiyyət
İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı sənəd qəbulu elan edilib
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə sənəd qəbulu elan edib.
Bu barədə "Globalpress.az"a Şuradan məlumat verilib.
Namizədlərə dair şərtlərə gəlincə, qeyd olunub ki, namizəd Azərbaycan vətəndaşı olmalıdır və ali təhsilli olmalıdır.
Bildirilib ki, əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər sənədləri mayın 6-dan 15-dək Audiovizual Şuraya təqdim etməlidirlər.
Daha çox xəbər:

Prezident və Birinci vitse-prezident Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoyublar - FOTO

Prezident və Birinci vitse-prezident Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoyublar - FOTO

Təhsil Nazirliyi: “Daha 871 müəllim işə qəbul olunub”

Bu rayonlarda yaşayan gənc oğlanlara şad xəbər – Nazir işə qəbul keçirəcək

Faiq Ağayev “Eurovision”da