Gündəm / Cəmiyyət
13:48, 07 May 2022
0

Emindən “Sea Breeze Summer Live” SÜRPRİZİ

Emindən “Sea Breeze Summer Live” SÜRPRİZİ



Xalq artisti Emin Ağalarov konsert verəcək.

Globalpress.az xəbər verir ki, sənətçi iyunun ortalarında “Sea Breeze Resort”da canlı solo konsert proqramı ilə çıxış edəcək.

“Sən darıxırsan? Biz çox! Artıq 18 iyunda biz “Sea Breeze Resort”da yay konsertləri mövsümünə başlayırıq – “Sea Breeze Summer Live”. Mövsümün rəsmi açılışı mənim solo konsertimlə başlayır”- deyə, Emin paylaşımında bildirib.

Xalq artistinin sözlərinə görə, “Sea Breeze Summer Live” yeni formatdır və musiqili gecə iyun-avqust aylarında kurort kəndinin ərazisində canlı tamaşalarla keçiriləcək. Hər yeni həftə yeni bir konsert olacaq.
Digər xəbərlər: