Gündəm / Siyasət / İqtisadiyyat / Dünya
17:38, 01 May 2022
0

Berlin rublla ödənişdən imtina edir

 Berlin rublla ödənişdən imtina edir


Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, Berlin Moskvanın tələblərinə əməl etmək niyyətində deyil və Rusiyadan qaz tədarükü üçün ödənişi rublla etməyəcək.

Globalpress.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Alman nazirin sözlərinə görə, ölkəsi gələcəkdə də qaz üçün ödənişi rublla etməyi planlaşdırmır. O, həmçinin vurğulayıb ki, Almaniya hakimiyyəti Rusiyadan asılılıqdan mümkün qədər tez xilas olmaq üçün enerji təchizatı məsələlərində tədbirlər görür.


Kristian Lindner Berlinin daha öncə də rublla ödəniş etmək istəməməsi barədə fikir bildirib: "Müqavilələr dollar və avroya əsaslanıb, bu səbəbdən şirkətlər dollar və avro ilə ödəniş etməlidirlər".
Digər xəbərlər: