Gündəm / Siyasət / Cəmiyyət
SƏRHƏDLƏRİN DELİMİTASİYASINDA HANSI XƏRİTƏLƏR ƏSAS GÖTÜRÜLƏCƏK? - İlham Əliyev AÇIQLADI
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən danışıb.
Prezident “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib ki, sərhədlərlə bağlı çox xəritə var.
“Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürüləcək. Biz təkcə bir xəritəyə yox, bir neçə xəritəyə konsentrasiya oluruq. 1918-ci ildə İrəvan Azərbaycanın tərkib hissəsi olub. 1920-ci ildə isə Zəngəzur Azərbaycanın tərkib ərazisi idi”, - deyə İlham Əliyev əlavə edib.
Dövlət başçısı bildirib: “Azərbaycanın mövqeyi budur ki, sərhəd delimitasiyası üçün 1918-ci ildən başlayaraq, 1991-ci il, SSRİ-nin süqutuna qədər olan müddətdəki xəritələr əsas götürülsün”.
Dövlət başçısı erməni tərəfinin saxtakarlıqlarına konkret misallar gətirərək vurğulayıb: “Qeyd etməliyəm ki, tarixi saxtalaşdırmaq siyasəti 5-6 il davam edib, hətta ondan sonra da onu yeni parametrlərlə tamamlayıblar. Yəni Azərbaycan şəhərlərinin adlarını rəsmən dəyişdirərək saxta erməni adları qoyublar. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başladılar. “Şuşi” adı tarixdə heç vaxt olmayıb, onun nə demək olduğunu da bilmirəm”.
Daha çox xəbər:

Gennadi Nadolenko: “İlham Əliyev qalibdir, qalib isə həmişə haqlıdır”

İlham Əliyev: “Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”

İlham Əliyev: “Qərbi Zəngəzur da bizim tarixi torpağımızdır”

Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"

"Azərbaycanda daim dini tolerantlıq hökm sürüb" - Prezident