Gündəm / Cəmiyyət / Səhiyyə
29 saylı BŞX-nın vəziyyəti ürəkaçan deyil
Səhiyyə sahəsində işçi çatışmazlığı ilə əlaqədar zaman- zaman mətbuatda silsilə yazılar dərc olunub. Səhiyyə ocaqlarında sakinlərə xidmət müəyyən mənada ürəkaçan deyildir. Sakinlərə İCBARİ TİBBİ SIĞORTADAN yararlanması üçün göstərilən xidmətlər onların haqlı narazılıqlarına səbəb olur.
Bu gün Xəzər rayon, Binə qəsəbəsində yerləşən 29 saylı saylı BŞX-nın poliklinika şöbəsindəki vəziyyət məni çox təəccübləndirdi. Talon alaraq həkimlərin qəbuluna gələn və talon alaraq qeudiyyatda olub pulsuz dərman almaq istəyən sakinlərin növbəsinin ucu- bucağı yox idi. Sakinlərin bildirdiyinə görə bu birinci dəfə deyil, biz həmişə belə incidilirik, saatlarla növbədə dururuq. Növbələrdə uşaqlı xanımlar, yaşlılar, xəstələr də var idi.
Bu sakinlərə kompüterdə üç mütəxəssis xanım xidmət edirdi. 200 minə yaxın sakini olan bir qəsəbəyə üç mütəxəssisin xidmət göstərməsini təssəvvür edin.
Belə acınacaqlı vəziyyədən sonra xəstəxananın baş həkimi İSMAYIL TAĞIZADƏYLƏ görüşüb vəziyyətlə tanış olmasını və münasibətini bildirməsini istədim. Baş həkim bütün olanlardan xəbərdar olduğunu bildirdi .Baş həkim üç mütəxəssisin 55 minlik bir qəsəbəyə xidmət göstərilməsi üçün təyin edildiyini bildirdi. Amma qəsəbədə 200 mindən çox sakin var və mən bu haqda TƏBİB ə məlumat vermişəm dedi. Yaxın vaxtlarda əlavə ştatlı mütəxəssislər bizim xəstəxanaya göndəriləcək. Allah qoysa ,yaşayarıq ,görərik.
Ümid edirik ki, baş həkimin dedikləri həqiqət olacaq və TƏBİB 29 saylı BŞX-a vətəndaşlara xidmət etmək üçün əlavə ştatlı mütəxəssis göndərəcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Xəstəxanadakı vəziyyətlə aşağadakı kadrlardan tanış ola bilərsiniz.
Unutmayaq ki, pandemiya hələ bitməyib, təhlükə sovuşmayıb. Belə növbələr sağlamlığımıza zərərdir
Daha çox xəbər:

Əhaliyə ŞAD XƏBƏR: Pulsuz oldu

Onkoloji xəstələr icbari tibbi sığortaya cəlb edilə bilər?

İyulun 20-dək bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək - SİYAHI

Azərbaycanda bu əməliyyatlar da pulsuz olacaq - RƏSMİ

Prezident Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub