Gündəm / İqtisadiyyat
Yeni baş bankir islahatlardan DANIŞDI
"Dövlət başçısı və ölkə parlamenti tərəfindən göstərilən yüksək etimada görə təşəkkürümü bildirirəm".
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov deyib.
O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetiriləcəyini bildirib.
T.Kazımov aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.
Daha çox xəbər:

Maliyyə Bazarlarına Nəzarət Palatası bu quruma üzv seçildi

Mikayıl Cabbarov: “Dörd iri dövlət şirkətinin maliyyə nəticələri yaxşılaşır”

Səhiyyə sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunan mətbuat konfransı keçirilib

Mərkəzi Bankın FAİZ BALANSI: - “Maliyyə sektorunda bir saata əldə edilən mənfəət...”

“Visa” və “Mastercard” Rusiyadan getdi: Rusiyanın bank kartları isə ancaq bu 7 ölkədə qəbul ediləcək - Siyahı