Gündəm / Cəmiyyət
Ölümündən sonra 5 medalla təltif olunan şəhidimiz
Ölümündən sonra 5 medalla təltif olunan şəhidimiz
Bu gün Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhid olan igidlərimizdən biri Teymur Mahal oğlu Həsənovun doğum günüdür.
Globalpress.az xəbər verir ki, Teymur Həsənov 1989-cu il aprelin 3-də Bakı şəhərində, hərbçi ailəsində anadan olub. O, 153 saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin ildə də Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasına daxil olub.
Teymur İkinci Qarabağ müharibəsinə könüllü olaraq yazılıb və sentyabrın 29-da cəbhəyə yollanıb. O, Füzuli, Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak edib və oktyabrın 25-də şəhidlik zirvəsinə yüksəlib.
Döyüş yoldaşları Teymurun mərd, qorxmaz, cəsur olduğundan həmişə fəxrlə danışırlar.
Qeyd edək ki, şəhidimizin atası Mahal Məmməd oğlu Həsənov da müharibə iştirakçısıdır. O, 1991-1992-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Ehtiyatda olan gizirdir.
Şəhidimizin Xədicə və Məmməd adlı iki övladı yadigar qalıb.
İgidimiz ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyşçü", “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medaları ilə təltif olunub.
Allah şəhidimizə rəhmət eləsin!
Daha çox xəbər:

Bu gün şəhid Osman Manafovun doğum günüdür - FOTO

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşadın ad günüdür - FOTO

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

Füzulidə şəhid olan İzzətin babası: “Çiynində pulemyotu ilə düşmənin üzərinə qorxmadan gedirdi” - FOTO

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anım günüdür - FOTO