Gündəm / Siyasət / Dünya
Fransada prezident postu uğrunda mübarizə gərginləşir
Fransada prezident postu uğrunda mübarizə gərginləşir
Fransa prezidenti Emmanuel Makron hələ də prezidentlik yarışında liderlik edir, lakin ultrasağçı "Milli birlik" partiyasının lideri Marin Le Penlə aralarında olan fərq getdikcə azalır.
Globalpress.az xəbər verir ki, bu "Elabe" Araşdırma İnstitutunun sorğusunun nəticələrində əks olunub.
Nəticələrə əsasən, respondentlərin 28,5%-i hazırda Makrona səs vermək niyyətindədir. Onun ən yaxın rəqibi Marin Le Pen-ə isə rəyi soruşulanların 22%-i səs verməyə hazırdır. Qeyd olunur ki, bu göstərici bir neçə gün bundan əvvəlki rəqəmlərdən artıqdır.
Qeyd edək ki, prezident seçkilərinin 1-ci turu aprelin 10-na təyin edilib.
Daha çox xəbər: