Gündəm / Cəmiyyət
22:49, 03 Nisan 2022
0

Partlayış zamanı vətəndaşlara dəymiş ziyanı kim ödəməlidir?

 Partlayış zamanı vətəndaşlara dəymiş ziyanı kim ödəməlidir?


Partlayış zamanı vətəndaşlara dəymiş ziyanı kim ödəməlidir?

Gecə klubunda baş vermiş partlayış nəticəsində yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəydi. Belə ki, 1 mənzil, 2 qeyri-yaşayış obyekti, eləcə də 14 avtomobil partlayış dalğasına məruz qaldı. Bu fakt həmin əmlaklara dəymiş ziyanın necə qarşılanacağını aktuallaşdırır. Sığorta məsələləri üzrə ekspertlər məsələni şərh ediblər.

Bakıda gecə klubunda baş vermiş dəhşətli partlayış nəticəsində 14 avtomobilə, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ciddi ziyan dəyib.

Nəticədə əksər avtomobillər əzilib, mənzil və obyektlər dağıntılara məruz qalıb. Bəs həmin əmlaklara dəymiş ziyan kim tərəfindən qarşılanacaq ?

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, bu cür partlayışlarda avtomobil sahibləri nəqliyyat vasitələrinin icbari sığortasından yaralana bilmirlər. Bunun üçün mütləq partlayış baş verən obyektin sığortası olmalıdır

Əgər həmin obyektin mülki məsuliyyətinin icbari sığortası yoxdursa, bu zaman avtomobillərin kasko sığortasından bəhrələnmək olar. Əgər nəqliyyat vasitəsinin kasko sığortası da yoxdursa, o zaman sahibi dəymiş ziyanı məhkəmə qaydasında tələb edə bilər.

Vüsal Bədəlov deyir ki, mənzil və digər obyektlərə dəymiş ziyan həmin əmlakların icbarı sığortası ilə qarşılana bilər.

Qeyd edək ki, daşınmaz əmlakın istismarının mülki məsuliyyətinin sığortası paketi mülkə dəymiş ziyanın maksimum 50 min manatlıq hissəsini sığortalayır. Bu isə o deməkdir ki, əgər partlayış baş vermiş obyekt sığortalanıbsa, 50 min manatlıq məbləğ müvafiq qaydada bölüşdürülməklə ziyan dəymiş dəymiş mülk sahiblərinə ödənəcək.


Digər xəbərlər: