Gündəm / Cəmiyyət
Şanlı Aprel döyüşlərindən altı il keçir-VİDEO
Şanlı Aprel döyüşlərindən altı il keçir
Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür.
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi
Globalpress.az-ın məlumatına görə, Aprel döyüşləri Qarabağa gedən yolumuzun önünü açdı.
Döyüşlərin iştrakçısı, Müdafiə Nazirliyinin polkovniki Fuad Ələkbərov deyir ki, Azərbaycan Ordusunun nəyə qadir olduğunu Ermənistanın hərbi rəhbərliyi cəmi 4 gün ərzində gördü. Aprelin 2-də Ermənistan ordusu o vaxtkı cəbhə xəttində növbəti dəfə silahlı təxribat törətmək istədi. Amma Azərbaycan Ordusu qısa müddət ərzində həyata keçirdiyi əks-hücumla erməni hərbi birləşmələrinin müdafiə xəttini yardı.
Aprel döyüşlərindən sonar "Vətən Uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunan polkovnik Fuad Ələkbərov bildirir ki, ordumuz əlverişsiz mövqelərdən, düzənlikdən dağlara doğru əks-hücum əməliyyatı keçirməklə düşmənə sarsıdıcı zərbələr endirdi. 4 gün ərzində düşmənin 320-dən artıq canlı qüvvəsi məhv edildi, 1000-dən çoxu yaralandı. Bundan başqa, düşmənin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılmaqla "yenilməz Ermənistan ordusu" mifi məhv edildi.
Globalpress.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Daha çox xəbər: