Gündəm
Azərbaycanda iki rayon ləğv edildi
Prezident İlham Əliyev "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu təsdliqləyib.
Dəyişikliyə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.
Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilib.
Daha çox xəbər:

Azərbaycanda bu rayonlar ləğv edilir...

Bakıda Tunc dövründən qalan qəsəbə - VİDEO

Yeni məhkəmələrin yaranması ilə bağlı qanun qüvvəyə minib

“Kəpəz və Nizaminin Gəncəyə birləşdirilməsinin tərəfdarıyam” - Əlavə xərc olmayacaq!

İlham Əliyev: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”