Gündəm / Cəmiyyət
Müdafiə Nazirliyi yeni açıqlama yaydı
Müdafiə Nazirliyi yeni açıqlama yaydı
Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Fərid İsmayılovun sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib.
Nazirlikdən deyilir:
"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar. Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.
Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik".
Daha çox xəbər:

Müdafiə Nazirliyindən İrana zərbə endirən hərbi təyyarə ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşlarına əlavələr veriləcək - SƏRƏNCAM

Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı

Hərbi xidmətdən yayınma halları ilə bağlı AÇIQLAMA