Gündəm / Cəmiyyət / Hadisə
DAD YARIMÇIQ ƏLİNDƏN- BİNƏ QƏSƏBƏSİ
Bakıda aparılan abadlıq, tikinti- quruculuq işləri sayəsində son illər şəhərin siması xeyli dəyişib, sakinlərin sayı çoxalıb. Sürətli iqtidadi tərəqqi paytaxtın hərtərəfli inkişafı üçün imkan yaradıb. Bu inkişafın tərkibində ölkə başçısının rəhbərliyi altında həyata keçirilən səmərəli islahatlar, uğurlu neft strategiyası dayanır.
İnfrastruktur layihələr içərisində yol- nəqliyyat sektorunda həyata keçirilən tədbirlər də ürəkaçandır. " Bakı şəhərinin qəsəbələrinin sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı" nın icrası Bakının, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin inkişafında öz sözünü demişdir.
Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda genişmiqyaslı işlər həyata keçirilib.
Cənab Prezidentin 16 sentyabr 2021- ci il sərəncamına əsasən Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncamda bildirilir ki, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə " Azərbaycan Respublikasının 2021- ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.1.14 - cü yarımbəndində göstərilmiş məbləğin 5,0 ( beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Bununla əlaqədar olaraq Binə qəsəbəsində də məhəllədaxili yolların yenidən asgaltlanmasına da vəsait ayrılıb, amma qəsəbədaxili yollar hələ də normal vəziyyətdə deyil. Bir çox küçələr bərbad vəziyyətdədir, qış- payız aylarında daha da acınacaqlı vəziyyətdə olur. Belə küçələrdən biri Binə qəsəbəsinin mərkəzindən bir neçə metr aralıda olan İlqar Əhmədov kücəsidir. Bu küçənin 250metr uzunluğunda olan hissəsi bərbad vəziyyətdədir. Kadrlardan göründüyü kimi küçənin müəyyən hissəsinə asfalt örtüyü döşənib, sonra iş yarımçıq saxlanılıb. Asfalt örtüyü hündürdə oldüğu üçün aşağı hissəni su yuyaraq dərinləşdirib. Bu da gediş- gəlişə maneçilik törədir. Küçə sakinləri haqlı olaraq bu küçədəki çətin vəziyyətə etirazlarını bilfirirlər. Küçə sakinləri aidiyyatı qurumlardan kömək istəyirlər və ümid edirlər ki, yaxın vaxtlarda onların səsinə səs veriləcək, problem həllini tapacaqdır.
Küçə sakinlərinin harayını eşidən olacaqmı?
Mövzunu diqqətdə saxlayacağıq.
Daha çox xəbər:

Azərbaycanda içməli su ilə bağlı infrastruktur layihələr həyata keçirilir

Deputat: “Aparılan islahatlar proqnozlaşdırılandan daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb”

İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM

Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulur