Gündəm / Siyasət / Dünya
Zelenski-Putin görüşü Ukraynada sülhün açarıdır
Zelenski-Putin görüşü Ukraynada sülhün açarıdır - Podolyak
Ukrayna və Rusiya prezidentlərinin görüşü sülhün bərpası üçün açardır. Belə bir sammit təkbətək söhbət üçün mümkün kompromislər işlənib hazırlandıqda baş tuta bilər.
Globalpress.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri, nümayəndə heyətləri səviyyəsində danışıqların iştirakçısı Mixailo Podolyak deyib.
"İstənilən fundamental qərarlar yalnız iki ölkə - Rusiya Federasiyası və Ukrayna prezidentlərinin görüşündə qəbul edilə bilər.
Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. O, hazırlanır və hazırlanacaq, bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz var, müharibənin qaynar fazasının sona çatmasında maraqlı olan bir çox ölkələr var. Danışıqlar prosesi çərçivəsində işçi qrupları yaradılanda bəzi ilkin sənədlər hazırlanıb prezidentlərə veriləcək, onlar bunu qiymətləndirəcəklər, bu, artıq bir yol xəritəsidir ki, üzbəüz müzakirə oluna, sonra bu görüş baş tuta bilər”, - Podolyak bildirib.
Daha çox xəbər:

Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

"ƏLİYEVLƏ ƏRDOĞAN MƏNƏ TƏKLİF EDİR Kİ..." - Zelenski Putinlə bu şəhərlərdən birində görüşə bilər, Moskva isə...

Baydenlə Zelenski Ukrayna-Rusiya arasındakı vəziyyəti müzakirə etdi

Türkiyə və İsrail prezidentlərinin görüşü başlayıb - YENİLƏNİB

Zelenski Avropaya xəbərdarlıq etdi: Total müharibə başlaya bilər