Gündəm / Cəmiyyət / Hadisə / İdman
Gimnastlarımız Niderlandda 3 medal qazandılar
Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə "Dutch Trampoline Open 2022" yarışı keçirilib.
Globalpress.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 16 ölkədən batutçuların iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Nicat Mirzəyev təmsil ediblər. Batutçularımız uğurla çıxış edərək ölkəmizə 1 qızıl və 2 gümüş medal qazandırıblar.
Gimnastımız N.Mirzəyev 51,985 xalla bütün rəqiblərini üstələyərək çempion olub. Selcan (52.530 xal) və Maqsud (45.940 xal) Mahsudovlar müvafiq olaraq gümüş medal qazanıblar.
Daha çox xəbər:

Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Batutçumuz Dünya kubokunun finalında

Üç Azərbaycan güləşçisi Avropa çempionatında medal qazandı

Daha bir güləşçimiz Polşada bürünc medal qazandı - FOTO

Belaruslu nazir: “Bizim atlet Azərbaycandan bir xanımla evlənib qalırsa, biz ancaq buna sevinə bilərik”