Gündəm / Siyasət
20:54, 16 Mart 2022
0

Ukrayna hələ də dözür...

Ukrayna hələ də dözür...


Kuleba deyir: “Müharibənin ilk günlərində Qərb Ukraynanın 48 saatdan çox davam edə biləcəyinə inanmadı və köməkdən imtina etdi. Müharibənin ilk günü – fevralın 24-də Avropanın çox nüfuzlu ölkəsindəki səfirimiz həmin ölkənin dövlət katibinin kabinetində oturub dedi: “Bizə kömək edin, müharibə başlayıb”. Üzünə gülümsəyərək cavab verdilər: “Əzizim, düzünü desək, maksimum 48 saat ərzində hər şey bitəcək və yeni reallıq gələcəksə, niyə sizə kömək edək? Bu, Aİ-nin son dərəcə nüfuzlu ölkəsində baş verdi. Lakin üç gün sonra hər şey dəyişdi, üç gün dayana bilməyimiz tərəfdaşlarımızı şok etdi, o anda başa düşdülər ki, Ukrayna üçün döyüşməli idilər. Təəssüf ki, bunun əvəzini Ukrayna qanı ilə ödədi, şəhərlərimiz yerlə-yeksan oldu. Müharibənin ilk 7 günündə müxtəlif mesajlar gəlməyə başladı: “Dmitri, sizə silah-sursat veririk, ümid edirik, gec deyil”. İndi hər şey dəyişib, Qərb Ukraynaya daha fəal kömək etməyə hazırdır”.

Maraqlı açıqlamadır. Ukraynalı nazir bununla Rusiya işğalı qarşısında göstərdikləri qəhrəmanlığı da izah edir. Və açıqlamasa da, haqqında bəhs etdiyi Aİ-ni nüfuzlu ölkəsi böyük ehtimalla Fransa, yaxud Almaniyadır.

22 gündür müharibə gedir və Ukrayna xalqı həqiqətən də qəhrəmanlıq göstərir. Pis olan reallığı qanları və evlərinin dağılması ilə qəbul etdirmək məcburiyyətində qalmalarıdır.
Digər xəbərlər: