Gündəm / Cəmiyyət
Hoteldə cütlükdən nikah sənədi tələb edilə bilər?
Azərbaycanda bəzi hotellərə nikah şəhadətnaməsi olmayan cütlükləri buraxmırlar.
Bu nə qədər qanunidir?
Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Globalpress.az-a bildirib ki, qanunvericiliyə görə, vətəndaşlar hotel və istirahət mərkəzlərinə yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil.
"Uzun illərdir ki, bir çox hotellər cütlüklərdən hotellərdə yerləşməsi üçün nikah kağızını tələb edir. Bunun heç bir hüquqi əsası yoxdur. Maraqlıdır ki, bu qayda ancaq yerli vətəndaşlara tətbiq edilir. Xarici vətəndaşlardan nikah sənədi istənilmir. Biz bunu illərdir ki, müşahidə edirik," - deyə S.Dübəndi bildirib.
Daha çox xəbər:

Azərbaycanda bir gündə 368 toy olub - RƏSMİ

Kibariyənin həyat yoldaşı sevgilisi ilə dini nikah bağladı

14 yaşlı qızı istəməyə getdilər, elçilik mərasimi QANLA BİTDİ - foto

Deputat: “Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq” - VİDEO

Azərbaycanda toy qadağasının fəsadları: Evlənənlərin sayı nə qədər azalıb?