Gündəm / Cəmiyyət
22:03, 14 Mart 2022
0

Biləsuvarda əkin sahələrini suvarmaq problemə çevrilib

Biləsuvarda əkin sahələrini suvarmaq problemə çevrilib


Biləsuvarda 7 minə yaxın əhalisi olan Ağalıkənd kənd sakinləri əkin sahələrini suvarmağa su tapmırlar.

Bu barədə kənd sakinləri Globalpress.az-a məlumat veriblər.

Onların bildirdiyinə görə, artıq 4 ildir ki, vəziyyət bu gündədir: "İçməyə su belə tapmaqda çətinlik çəkirik".

Həmçinin onların sözlərinə görə, içməli suyu pul verərək maşınlarla alırlar:"Ən böyük problemimiz əkin sahələrini suvarmaqla bağlıdır. Əkin sahələrimiz yanmaq təhlükəsi ilə üz-üzədir. Biz ailəmizi bu torpaqla dolandırırıq. Bəs əkin sahələri yansa, necə olacaq?"

Problem ilə bağlı olaraq Cənubi-Muğan kanalı istismar idarəsinə müraciət etdik. İdarədən bildirildi ki, Araz çayında su kəskin azaldığı üçün problem yaranıb: "Yaxın vaxtlarda kanala su veriləcək və problem həll olunacaq".
Digər xəbərlər: