Gündəm / İqtisadiyyat / Cəmiyyət / Hadisə
21:47, 10 Mart 2022
0

Avtobuslarla bağlı bu tələbin müddəti 3 il təxirə salındı

 Avtobuslarla bağlı bu tələbin müddəti 3 il təxirə salındı


Avtobuslarla bağlı bu tələbin müddəti 3 il təxirə salındı


“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də dəyişiklik edilib.

Globalpress.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, 2025-ci ilə qədər avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.

Bundan əvvəl bu qərar 2022-ci ilə qədərki dövrü əhatə edirdi. Hazırkı sənədlə bu müddət 3 il təxirə salınıb.
Digər xəbərlər: