Gündəm / Cəmiyyət / Səhiyyə
Səhiyyə Nazirliyinin mütəxəssisi allergiyadan əziyyət çəkənlərə müraciət edib
“Mövsümi allergiyalara adətən payız və yaz fəslində rast gəlinir”.
Globalpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.
Onun sözlərinə görə, insanlarda daha çox allergiyanın polinoz növü müşahidə olunur: “Bu allergiya növünə daha çox ağacların çiçəklənmə və tozlanma dövründə rast gəlinir. Mart, aprel və may aylarında bu allergiya növü özünü büruzə verir. Ağacların tozlanması adətən səhər saatlarında baş verir. Mövsümi allergiya və polinozdan əziyyət çəkən insanların səhər saatlarında evdən çıxmamaları, yaxud evdə və ya maşında olarkən pəncərələr bağlanmalıdır. Eyni zamanda tozcuqlar saçda daha çox olduğundan evə gələrkən duş qəbul edilməli, çöldə olarkən maska taxılmalıdır, keyfiyyətli eynəklərdən istifadə də məsləhətlidir”.
Daha çox xəbər:

Tibbi maska qripin də qarşısını alır? - AÇIQLAMA

Naxçıvan sakini Bakıda allergiyadan öldü

Heydər Əliyevin ən çox sevdiyi əsərlər

Səhiyyə mütəxəssisi ailə daxilində koronavirus yoluxmalarından danışdı

Valideynlərin NƏZƏRİNƏ: Qarşıdakı illərdə uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir