Gündəm / Cəmiyyət
Ötən il həmkarlar ittifaqlarına işə bərpa ilə bağlı müraciətlərin 65 %-i müsbət həll edilib
2021-ci ildə Azərbaycan həmkarlar ittifaqları aparatlarına üzvlərdən 143 834 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1 093 müraciət daxil olub və müraciətlərin 97,9 %-i müsbət həll edilib.
Bu barədə Globalpress.az-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bilavasitə AHİK Aparatına ötən il ərzində 1 142 ərizə və şikayət daxil olub. Bu müraciətlərin hamısı müsbət həllini tapıb.
Ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qubul edilib. Onlardan 65-i Konfederasiya sədrinin qəbulunda olub. Qaldırılan məsələlərin hamısı müsbət həll edilib.
Ümumiyyətlə, 2021-ci ildə əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 297 müraciət daxil olub, onlardan 193-ü müsbət həllini tapıb.
Maddi yardım və yollayışlara aid müraciətlərin çox olmasına baxmayaraq, AHİK və üzv təşkilatları tərəfindən hər il ehtiyacı olan həmkarlar ittifaqı üzvləri maddi yardım, müalicə və istirahət ocaqlarına yollayışlarla təmin edilirlər.
İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə AHİK-in ünvanına xeyli sayda təşəkkür məktubu ünvanlanıb.
Daha çox xəbər:

Təcili yardıma daxil olan müraciətlərin sayı AÇIQLANDI

Ağstafanın 36 yaşlı yeni İCRA BAŞÇISI kimdir? - DOSYE

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNƏ ƏN ÇOX HARADAN ŞİKAYƏT OLUNUR? - Siyahı açıqlandı

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNƏ ƏN ÇOX HARADAN ŞİKAYƏT OLUNUR? - Siyahı açıqlandı

KOBİA-ya neçə nəfər müraciət edib? - RƏSMİ