Gündəm / Cəmiyyət
21:17, 07 Mart 2022
0

Prezidentin təltif etdiyi 13 qadın

Prezidentin təltif etdiyi 13 qadın


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Ağayeva Lyubov Aleksandrovna – Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

Axundova Nəcibə Novruz qızı – 2016-cı il aprelin 18-də Lələtəpədə minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. O, Bakı şəhər 45 nömrəli orta məktəbin direktorudur.

Alızadə Sevinc Əsgərxan qızı – Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. O, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Əfrasiyabova Dilarə Paşa qızı – Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

İmanova Mehriban Təyyar qızı – İqtisad üzrə fəlsəfə doktoru, dosentdir. O, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.

Qasımova Bahar Komandir qızı – Respublika Qadınlar Cəmiyyətinin sədridir.

Qəhrəmanova Yaqut Qəhrəman qızı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərir.

Mirzəzadə Gülqədəm Abdulalı qızı – Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.

Muxtarova Dilarə Əliəsgər qızı – tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.

Rzayeva Yazgül Həsənəli qızı – Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiridir.

Salamova Gülnaz Mustafa qızı – Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.

Salehova Almas Yaqut qızı – Ağdaş rayon Qulbəndə bələdiyyəsində çalışır.

Tağıyeva Leyla Çingiz qızı – Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.
Digər xəbərlər: