Gündəm / Hadisə
Ov mövsümü başa çatıb
Azərbaycanda 2021-2022-ci illər üzrə ov mövsümü fevralın 27-də başa çatıb və ov icazələrinin verilməsi dayandırılıb. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Xidmət rəisi ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.
“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".
Daha çox xəbər:

Xəzərin səviyyəsinin enməsi ilə bağlı AÇIQLAMA

İki nəfəri bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Köç mövsümündə Azərbaycandan milyonlarla quş köç edir

"Taxt-tac oyunları"nın son mövsümü 2019-cu ilin aprelindən ekranlara çıxacaq

Universitetlərdə əyani dərslər bu tarixdən etibarən BAŞLAYACAQ