Gündəm / Cəmiyyət
Bu il metroda yeni ventilyatorlar quraşdırılacaq

"Bakı metropoliteni"nin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlər davam edir. Bu il daha 6 ventilyatorun alınması nəzərdə tutulub.
Bu barədə "Globalpress.az"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətinə görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 ventilyator əvəzlənib.
Ventilyatorlarla yanaşı, təbii havalandırma imkanlarına əsaslı təsir edən və müasir idarəetmə sistemləri ilə təchiz olunmuş dempfer sistemlərinin quraşdırılmasına da başlanılıb. Nəticə etibarı ilə, ventilyatorların yenilənərək, dempferlərin quraşdırıldığı stansiyalarda havanın hərarətinin 3-4 dərəcə aşağı salınmasına nail olunub və tədbirlər davam etdirilir.
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən çoxu artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.
Daha çox xəbər:

Bakı Metropoliteni COVID-19-la bağlı sərnişinlərə müraciət etdi - FOTO

Bakı metrosunda yenə problem var - Stansiyalarda böyük sıxlıq yaranıb

Ötən il Bakı metrosunda 5,6 milyondan çox sərnişin daşınıb

Bakı metrosunda YENİLİK - FOTO

Anti-Rusiya sanksiyaları Bakı metrosu üçün vaqon istehsalına necə təsir edəcək?