Gündəm / Cəmiyyət / Hadisə
DAHA BİR DEPUTAT HƏBS OLUNA BİLƏR - Kəmaləddin Qafarov dövlətin milyonlarını necə talan edir… / ŞOK FAKTLAR
Elementar tibbi savadı olmayan adamı Milli Onkologiya Mərkəzinə necə Baş direktor müavini təyin ediblər..?
Kəmaləddin Qafarov həmkarı Cavanşir Feyziyevin başına gələnlərdən nəticə çıxartmalıdır...
“İxtisasca tərəvəzçi, üzümçü olan deputat Kəmaləddin Qafarov uzun illərdir ki, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir”. Muxalifet.az xəbər verir ki, bu haqda “Gundəlik Bakı” yazır. Sayt iddia edir ki, elementar tibbi savadı olmayan bir adamı Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini təyin ediblər:
“Bu barədə xeyli yazıldığı üçün uzun-uzadı yazmaq istəmirik.
Təsəvvür edirsiniz, dünyada böyük problem olan onkoloji xəstəliklərlə bağlı Mərkəzə Kəmaləddin Qafarov rəhbərlik edir. Bu adam hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına hansı zülmləri gətirmir ?
Kəmaləddin Qafarov bu əlacsız xəstələrin hesabına milyonlar qazanır.
O, deputat ola-ola “AzəriMed” şirkətinin sahibidir.
Bu adamın direktor müavini olduğu Onkoloji Mərkəzdə xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat alınır.
Hələ bu harasıdır?
Kəmaləddin Qafarov dərman sata-sata gəlib deputat olub. Bəli, o, dərman alverçisidir, dərman satmaqla məşğuldur, “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
Amma o, təkcə dərman satmır, ev, mənzil də satır.
Bəli, “universal” Kəmaləddin Qafarovun “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır.
İndi isə Kəmaləddin Qafarovun şirkətlərinin az bir siyahısına nəzər salaq.
Yuxarıda qeyd etdiyimiz kimi, Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln.120 min manatlıq müqavilə imzalayıb.
MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Loru dildə desək, Kəmaləddin Qafarov özü ilə müqavilə bağlayır...
Təsəvvür edirsiniz, Kəmaləddin Qafarov Onkologiya Mərkəzinin direktor müavini olaraq dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır.
Kəmaləddin Qafarov 2 dəfədir ki, Milli Məclisə üzv seçilir, deputat olur.
O, bu yaxınlarda yarım milyonluq tenderi də uddu. Bəli, Dövlət Sərhəd Xidməti (DSX) “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
Nəsə əlavə etməyə ehtiyac varmı, cənablar?!
Bəs, bu ölkənin qanunları, müvafiq dövlət qurumları hara baxır?
Deputat necə bizneslə məşğul ola bilər?
Yazının sonunda Kəmaləddin Qafarova həmkarı, dərman satan, millət vəkili Cavanşir Feyziyevin başına gələnlərdən nəticə çıxartmasını məsləhət görürük.
Məlumat üçün qeyd edək ki, London məhkəməsi Feyziyevin ailə üzvlərinə məxsus 5 milyon funt sterlinqi müsadirə etdi. Eyni aqibət Kənaləddin Qafarovu da gözləyir. Bizdən demək…”.

Daha çox xəbər: