Gündəm / Siyasət / İqtisadiyyat / Hadisə / Dünya
20:44, 21 Şubat 2022
0

Fevralın 24-də Qars-Gümrü dəmiryolunun açılmasına qərar verilə bilər...

Fevralın 24-də Qars-Gümrü dəmiryolunun açılmasına qərar verilə bilər...

Artıq məlum olduğu kimi, Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

Görüşə bir neçə gün qalmış hər iki ölkənin media çevrəsində 1993-cü ildə bağlanmış Qars-Gümrü dəmiryolunun işinin bərpa olunacağı ətrafında müzakirələr qızışıb. Paşinyan deyib ki, bu dəmiryolunun bərpasından sonra Gümrü-Arazdəyən-Mehri-Horadiz yolu açıla bilər.

Qeyd edək ki, hələ 2009-cu ildə məşhur Sürix protokolları müzakirə olunarkən ilkin addımlardan biri kimi Qars-Gümrü yolunun bərpası nəzərdə tutulmuşdu. Məhz buna görə, əksər ekspertlər Türkiyə-Ermənistan normallaşması çərçivəsində fevralın 24-də Vyanada baş tutacaq ikinci görüşdə Qars-Gümrü qərarının veriləcəyini ehtimal edirlər.
Digər xəbərlər: