Gündəm / Cəmiyyət
Bolqarçay yoxsa BalharıÇay?
Qədirbilməz qonşularımız tərəfindən işğal olunan cənnət Qarabağımız 30 il ərzində özünün ən ağır günlərini yaşadı. Erməni "tarixçilər" dilbər guşəmizdə kənd, şəhər, dağ və çay adlarını dəyişərək özününkiləşdirdi. Amma qüdrətli dövlətimiz və rəşadətli ordumuzun sayəsində 2020-ci il 27 sentyabrda başlayan 44 günlük müharibədə hər bir kəndin , qəsəbəsinin, dağın, çayın adını özünə - Azərbaycanımıza qaytardı.
Amma özümüzünkilər isə tarixən Bolqarçayı adlanan çayın adını dəyişərək Balharı qoyublar. Bunun isə düzgün olmadığını tarixçi, arxeoloq Tofiq Əzizbəyli belə izah edir:
BİLƏSUVAR şəhərinin DƏ İÇƏRİSİNDƏN KEÇƏN, BİR VAXTLAR BOLQARÇAY adlanan ÇAY, HAZIRDA B A L H A R U adı daşıyır. ÇAYIN ADINI DƏYİŞDİRƏNLƏR HAQLIDIRMI ? XEYR ! NİYƏ? ÇÜNKİ BU çay QARICA adlı DAĞDAN BAŞLANIR. QARICA sözündəki QAR QARDIR, - İ şəkilçisi - lı mənsubiyyət şəkilçisidir və - CA da BOLLU -CA, ÇOXLU - CA sözlərindəki kimi DAHA ÇOXLUĞU - BOLLUĞU BİLDİRİR. YƏNİ QARICA dağı BOLQARLI DAĞ, B O L Q A R ÇAY da BOLQARLI DAĞIN ÇAYI DEMƏKDİR. BOLQARÇAYIN adını DƏYİŞDİRƏNLƏR səhvlərini DÜZƏLDİB , ONUN ƏVVƏLKİ ADINI ÖZÜNƏ QAYTARMALIDIRLAR !