Gündəm
10:24, 22 Ağustos 2021
0

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək



Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərməyə başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.Müvafiq tapşırığa əsasən, 21 avqust 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Xəstəxanada fəaliyyət göstərən Təcilli Tibbi Yardım, Poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək.
Digər xəbərlər: