Gündəm / Siyasət / Cəmiyyət
Media subyektlərinə dəstək müsabiqəsi qaydalarında DƏYİŞİKLİK

Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır.
Globalpress.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Əhməd İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.
“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.
Daha çox xəbər:

"Media subyektlərinə ayrılan maliyyə yardımının artırılması gözlənilmir" - Əhməd İsmayılov

Media subyektlərinin vergidən azad edilməsinə dair qanun layihəsi hazırlandı

“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirildi

MEDİA-da “Demirören” İnformasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirildi

MEDİA- nın İcraçı direktoru Əhməd İsmayılov görüş keçirib